Gənclərin karyera inkişafına dəstək olacaq yay təcrübə proqramı
Müraciət üçün son tarix: 21.04.2024
“Parla” yay təcrübə proqramı gələcək karyeranızın inkişafında hər addımı işıqlandırmağa gəlir. Proqrama qoşularaq siz əvəzsiz təcrübə və ən əsası “PAŞA Bank”dan iş təklifi almaq şansını qazanacaqsınız.
MƏQSƏDİMİZ
3 ay davam edəcək proqramın əsas məqsədi “PAŞA Bank”a yeni əməkdaşların cəlbinə və gənc kadrların inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində təcrübəçilər aidiyyəti sahələr üzrə onlara hazırlanmış öyrənmə planına əsasən təcrübə keçərək korporativ iş mühiti ilə yaxından tanış olacaqlar.
Sahələr
Bank sektorunda o cümlədən, maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, “agile” idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə etmək imkanı
Müddət və ödəniş
Yay təcrübə proqramı 3 ay müddətində davam edəcək. Yay təcrübə programı çərçivəsində təcrübəçilər aylıq ödəniş ilə təmin olunacaqlar
Üstünlüklər
Korporativ iş mühiti, şəbəkələşmə imkanları, peşəkar inkişaf, karyera məsləhətləri və mentorluq
İmkanlar
Təcrübə proqramında yüksək nəticə göstərən iştirakçılar üçün sertifikatlar və “PAŞA Bank”da işlə təmin olunma şansı
GƏLƏCƏK KARYERANIZIN
PARLAQ BAŞLANĞICI
TƏLƏBLƏR
Yay təcrübə proqramında iştirak üçün namizədlərdən aşağıda qeyd olunanlar tələb olunur.
“Microsoft Office” proqramları üzrə biliklər
Minimum 75 ÜOMG (üstünlükdür)
2022 və 2023-cü illərin bakalavr məzunları, hazırki magistr və sonuncu kurs tələbələri
Azərbaycan dili, ingilis dili (orta səviyyə), rus dili (üstünlükdür)
Yüksək kommunikasiya bacarığı, komanda işi, analitik bacarıqlar
Tələblərlə tanış olub müraciət etməyiniz vacibdir. Namizədlər arasından seçim olunduqda sizə bu haqda e-poçt vasitəsilə məlumat təqdim olunacaq.
Proqram 3 ay davam edəcək.
Proqramı uğurla başa vuran iştirakçılar “PAŞA Bank”da işləmək şansı qazanacaqlar.
Təcrübə proqramında maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, “agile” idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə imkanı təqdim olunur.